AZ

Türkiyədən olan nümayəndə: Məhkəmə-hüquq sistemi qlobal sınaqla qarşı-qarşıyadır

Bakı, 18 iyun, AZƏRTAC

Məhkəmə-hüquq sistemi cəmiyyətin ədalət duyğusunu əks etdirir. Artıq müasir dövr bu sistemi texniki fəaliyyət olmaqdan çıxarıb. İndi məhkəmə -hüquq sistemi qlobal sınaqla qarşı-qarşıyadır.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu

Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda "Məhkəmə idarəetməsində qlobal çağırışlar və müasir beynəlxalq həllər" mövzusunda çıxış edərkən deyib.

O qeyd edib ki, milli qanunvericilik sistemləri qapalı sistem olmaqdan çıxıb. "Qlobal normalar və beynəlxalq qərarlar daxili hüquqda president kimi nəzərə alına bilər, biz bunlara uyğunlaşmalıyıq. Artıq məhkəmə sistemində beynəlxalq qərarlara referans edilir. Eyni zamanda, insan haqları müqavilələrinə, rəqəmsal və transmilli texnologiyalara, beynəlxalq miqrasiya hərəkəti proseslərinə, fərqli dil, mədəniyyət və məhkəmə sistemlərinə tərəfdaş olmalıyıq", - deyə Fuzuli Aydoğdu vurğulayıb.

Seçilən
14
azertag.az

1Mənbələr