AZ

“İran nüvə silahı əldə etməyə məcbur edildiyini düşünür” - Şair Ramaldanov

 “İran nüvə silahı əldə etməyə məcbur edildiyini düşünür” 

Hərbi ekspert Şair Ramaldanov News365.az-a açıqlamasında bildirib ki, İran öz təhlükəsizliyini təmin etmək və güc balansını qorumaq məqsədilə nüvə silahı əldə etməyə can atır.

Ekspertin sözlərinə görə, regionda yaranan gərginlik və xarici təzyiqlər Tehranı bu istiqamətdə addım atmağa vadar edir:

“İran hesab edir ki, öz müdafiəsini gücləndirmək və təhlükəsizlik mühitini balanslaşdırmaq üçün nüvə silahına ehtiyacı var. Çünki bu gün dünyada tarazlayıcı faktor məhz nüvə silahıdır – o, bir növ yumruq funksiyasını yerinə yetirir. Əgər siz bu silaha sahib deyilsinizsə, sizə zərbələr endirilir, aparıcı vəzifəli şəxsləriniz hədəfə alınır”.

Ramaldanov qeyd edib ki, İran bu vəziyyəti əsas gətirərək nüvə proqramını daha da gücləndirməyə haqq qazandırmağa çalışır:

“Tehran artıq anlayır ki, proseslər sürətlənib və nüvə silahına sahib olmaq real ehtiyacdır. Hətta bəzi məlumatlara görə, İran artıq bu silaha malikdir, sadəcə olaraq, bunu hələlik məxfi saxlayır”.

Ekspert vurğulayıb ki, İranın bu yanaşması regionda təhlükəsizlik balansını daha da mürəkkəbləşdirə və yeni təhlükələr yarada bilər. Onun fikrincə, beynəlxalq ictimaiyyət bu məsələni diqqətlə izləməli və regionda nüvə silahlarının yayılmasının qarşısını almaq üçün diplomatik səylərini gücləndirməlidir

Seçilən
15
news365.az

1Mənbələr