ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bu gün ətraf mühitin vəziyyəti narahatedicidir. Lakin Qara dəniz hövzəsi yaşıl keçid üçün böyük potensiala malikdir".
Oxu.Az xəbər verir ki, bunu Yunanıstan parlamentinin deputatı Vasiliyos Giyogiakas Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) iyunun 18-də Bakıda keçirilən 65-ci plenar sessiyasında deyib.
O bildirib ki, Qara dəniz regionu mineral ehtiyatlar, həm də bərpaolunan enerjiyə keçid baxımından mühüm rol oynaya bilər:
"Düzdür, yaşıl gələcəyə keçidlə bağlı çətinliklər var, amma inkişafla bağlı imkanlar da təqdim edilir. Ona görə də Qara dəniz regionunda yaşıl gələcəyə keçid çoxtərəfli əməkdaşlıq tələb edir, daha geniş qlobal strategiyalar çərçivəsində addımlar atılır. Biz iqtisadi siyasətin perspektivlərinə yaşıl keçidi inteqrasiya etməliyik. Burada əsas məqsəd sağlam və firavan gələcəyə nail olmaqdır".
Mərahim Nəsib
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.