“Doğma divarlar arasında döyüşəcəm. Burada olduğum üçün xoşbəxtəm. Nazim Sadıxovla gəzintiyə çıxarkən hamı bizimlə şəkil çəkdirir. Bu, bizim üçün əlavə motivasiyadır”.
Teleqraf xəbər verir ki, bunu UFC döyüşçüsü Rafael Fiziyev Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.
32 yaşlı azərbaycanlı rəqibi ilə döyüşdən bonus qazanmaq istədiyini söyləyib: “İqnasio şou göstərmək istəyirsə, buna sevinirəm. Əlavə bonus qazana bilərəm”.
O, boğucu fəndlə məğlub ola biləcəyinə inanmadığını əlavə edib.
Qeyd edək ki, Rafael Fiziyev yüngül çəki dərəcəsində İqnasio Baxamondeslə qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək