AZ

Romeo Bekhem sevgilisindən ayrıldı: “Yalan danışmayın!”

David və Viktoria Bekhemin 24 yaşlı oğlu Romeo Bekhem model sevgilisi Kim Turnbull ilə münasibətini sonlandırıb. 

Sherg.az xəbər verir ki, sosial mediada paylaşım edən Romeo, “İnsanlara qarşı mehriban olun və lazımsız yalanlar danışmayın” mesajını verib.

İddialara görə, Kim Turnbull daha əvvəl Romeonun qardaşı Brooklyn Bekhem ilə sevgili olub, bu isə ailədaxili narazılığa səbəb olub. Lakin Turnbull bu söz-söhbətləri təkzib edərək, Brooklyn ilə yalnız məktəb dostu olduqlarını bildirib.

Digər tərəfdən, David Bekhem İngiltərə kralı tərəfindən “şövalye” tituluna layiq görülüb və artıq “Sir David Bekhem” adlandırılır.



Seçilən
4
1
sherg.az

2Mənbələr