AZ

Mask qəzəbləndi: Sosial şəbəkələrdə senzura haqqında yeni qanun milyarderi məhkəmələrə saldı

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İlon Maskın "X Corp." şirkəti Nyu-York ştatını məhkəməyə verib.

Oxu.Az xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.

Qeyd olunur ki, buna səbəb sosial şəbəkələrdən nifrət nitqi ilə mübarizə üsullarını açıqlamağı tələb edən yeni qanun olub. Şirkətin bəyanatında bildirilir ki, bu qanun ABŞ Konstitusiyasının söz azadlığına dair Birinci düzəlişini pozur.

"Nifrəti gizlətməyə son qoymaq haqqında" qanun 2024-cü ilin dekabrında qubernator Keti Houkul tərəfindən imzalanıb. Sənədə əsasən, böyük sosial şəbəkələr üz moderasiya qaydalarını dərc etməli və ekstremizmə, dezinformasiyaya və xarici müdaxiləyə qarşı tədbirlər haqqında məlumat verməlidir.

"X Corp."ın hüquqşünasları iddia edirlər ki, qanun şirkəti məxfi məlumatları açıqlamağa məcbur edir. Onlar, həmçinin hər bir pozuntuya görə nəzərdə tutulan 15 min dollar cəriməni konstitusiyaya zidd hesab edirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
oxu.az

1Mənbələr