AZ

Trampın müharibəyə müdaxiləsini əngəlləmək istəyirlər | VİDEO

AzVision.az “Sky News” telekanalına istinadən xəbər verir ki,sənədi respublikaçı Tomas Messi və demokrat Aleksandriya Okasio-Kortez hazırlayıb. Xanım Okasio-Kortezin fikrincə, ölkə Konstitusiyası ABŞ-nin icra hakimiyyətinə birtərəfli qaydada “müharibə aktları” həyata keçirməyə icazə vermir.

“İrana müharibə elan etmək üçün Konqress müstəsna səlahiyyətə malikdir. İsrail və İran arasında davam edən müharibə bizim müharibəmiz deyil. Hətta olsa belə, bu cür məsələlərə Konstitusiyamıza uyğun qərarı Konqress verməlidir”,- respublikaçı Messi, öz növbəsində, xatırladıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə İranla danışıqlarayüksək vəzifəli şəxsləri göndərmək planlarından vaz keçdiyi və “qırğı” mövqeyə meylləndiyi bildirilirdi. Vaşinqton ABŞ hazırda İran-İsrail münaqişəsinə qoşulmaq imkanını nəzərdən keçirir.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
6
1
azvision.az

2Mənbələr