BAKI, 18 iyun. TELEQRAF
İyunun 23-də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "Azercell Telekom" MMC-yə məxsus mobil telefon nömrələri hərraca çıxarılacaq.
Teleqraf xəbər verir ki, hərracda 103 ədəd mobil nömrə satışa qoyulacaq. Nömrələrin ilkin satış qiymətləri 4 000 manatdan 36 000 manata qədər dəyişir.
Qeyd edək ki, hərracda iştirak etmək istəyənlər öncədən 10 faiz beh ödəməlidirlər.
Xatırladaq ki, cari ildə "Azercell Telekom" MMC-yə məxsus mobil telefon nömrələri 4-cü dəfədir ki, hərraca çıxarılır. Bundan əvvəlki hərrac mayın 29-da keçirilmişdi.