AZ

“Mərcan” klinikasının cərrahiyyə əməliyyatları aparmaq hüququ dayandırıldı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin “Mərcan” klinikasında aparılmış plandankənar yoxlamanın nəticələri açıqlanıb.

Səhiyyə Nazirliyinin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzində işçi qrup yaradılmış və “Mərcan” klinikasında plandankənar yoxlama həyata keçirilmişdir.
Qeyd edək ki, daha əvvəl keçirilmiş yoxlamalar zamanı aşkar olunmuş qanun pozuntuları səbəbindənmış, yəni lisenziyasının fəaliyyəti məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, plandankənar yoxlama zamanı klinikada cərrahiyyə əməliyyatlarının icrasının davam etdirildiyi müəyyən edilib.
Aşkarlanmış faktla bağlı Analitik Ekspertiza Mərkəzi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə hüquqi tədbirlərin görülməsi üçün təqdim olunub.
İXM-in 215.1-ci maddəsinə əsasən, lisenziyada nəzərdə tutulmayan tibb fəaliyyətinin həyata keçirilməsinə görə:
– fiziki şəxslər 300 manatdan 500 manatadək,
– vəzifəli şəxslər 800 manatdan 1000 manatadək,
– hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilə bilər.
Bundan əlavə, yoxlama zamanı həkim Nigar Məhəmmədovanın müvafiq sertifikasiyadan keçmədən plastik cərrah fəaliyyəti göstərdiyi faktı da aşkar edilib. Bu fakta görə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib olunub və müvafiq orqanlara təqdim edilib.
İXM-in 215.4-cü maddəsinə əsasən, sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına görə:
– vəzifəli şəxslər 800 manatdan 1000 manatadək,
– hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilə bilər.
Məlumat üçün bildiririk ki, qeyd olunan ölüm faktı hüquq-mühafizə orqanlarının araşdırma səlahiyyətindədir və bu məsələ müvafiq qaydada həmin qurumlar tərəfindən araşdırılır.

Seçilən
2
19
teleqraf.com

10Mənbələr