Bakı. Trend:
Bolqarıstan və Azərbaycan Qara Dəniz İqtisadi ƏməkdaşlıqTəşkilatı çərçivəsində qanunverici səviyyədə iqtisadi əməkdaşlığıgücləndirə bilər.
Bunu Trend-ə özəlmüsahibəsində Bolqarıstan Respublikasının Milli Assambleyasınınspikeri Natalya Kiselyova Qara Dəniz İqtisadi Əməkdaşlıq TəşkilatıParlament Assambleyasının (QDİƏT PA) Bakıda keçirilən 65-ci plenarsessiyası çərçivəsində bildirib.
“Bolqarıstan və Azərbaycan arasındakı münasibətləri əla və sabitolaraq qiymətləndirirəm, bu münasibətlər möhkəm təmələ, uzunillikdostluq və tərəfdaşlığa əsaslanır. Münasibətlər yüksək səviyyəlietimad və açıq və ya mübahisəli siyasi məsələlərin olmaması iləsəciyyələnir. Bütün bunlar gələcəkdə məhsuldar və dinamik dialoqüçün əla zəmin yaradır və bu dialoq bütün səviyyələrdə, o cümlədənən yüksək siyasi səviyyədə aparılır.
Son illər bu dialoq təkcə parlament səviyyəsində, iki ölkəparlamentlərinin sədrlərinin qarşılıqlı səfərləri sayəsində deyil,həm də prezidentlər səviyyəsində fəallaşıb. Dövlət başçıları yalnızrəsmi və işgüzar səfərlər çərçivəsində deyil, həm də hər ikiölkənin iştirak etdiyi beynəlxalq forumlarda bir sıra görüşlərkeçiriblər. Prezident İlham Əliyevin ölkəmizə göstərdiyi hörmətison dərəcə yüksək qiymətləndiririk. 2019 və 2022-ci illərdəölkələrimizin baş nazirləri arasında keçirilmiş işgüzar görüşləridə unutmamalıyıq”, – deyə o bildirib.
N. Kiselyova hesab edir ki, Azərbaycan və Bolqarıstan arasındamövcud olan əla ikitərəfli münasibətlər bir sıra prioritetsahələrdə yalnız energetika deyil, həm də iqtisadiyyat və ticarət,nəqliyyat və enerji bağlantısı, turizm, təhsil və mədəniyyətsahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün konkret addımlarınatılmasına şərait yaradır.
“QDİƏT PA elə bir platformadır ki, burada biz iqtisadiəməkdaşlığı qanunvericilik səviyyəsində də möhkəmləndirə bilərik,ələlxüsus da beynəlxalq münasibətlər sisteminin hər gün dəyişdiyihazırkı şəraitdə. Region ölkələri arasında əlaqəliliyin artırılmasıartıq özünü səyyarlığın və iqtisadi artımın stimullaşdırılması üçüneffektiv alət kimi təsdiqləyib. Eyni zamanda, yalnız birgə səylərləregionumuz qarşısında duran çağırışların öhdəsindən gələ bilərik,bu, sülh və təhlükəsizliyin təmin edilməsi, etimadınmöhkəmləndirilməsi, səmərəli nəqliyyat sisteminin inkişafı, ətrafmühitin mühafizəsi, mədəni əlaqəlilik, eləcə də iqtisadi fəallığınstimullaşdırılmasıdır. Bolqarıstanın digər üzv dövlətlərlə birgəirəli aparmaq niyyətində olduğu prioritetlər yalnız bunlarlaməhdudlaşmır”, - deyə spiker vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın QDİƏT PA çərçivəsindəki rolumübaliğəsiz olaraq həlledicidir.
“Azərbaycanın ardıcıl xarici siyasəti və beynəlxalqinstitutların fəaliyyətinə fəal şəkildə cəlb olunması beynəlxalqarenada məsuliyyətli və proqnozlaşdırıla bilən davranışın parlaqnümunəsidir. Azərbaycan öz fəaliyyəti və mövqeyi ilə təkcə regiondasabitlik və inkişafı müdafiə etmir, həm də bu regionda stratejitərəfdaş olmağa hazır olduğunu açıq şəkildə nümayiş etdirir.
Bizim son günlər və hətta saatlarda beynəlxalq münasibətlərdəşahidi olduğumuz dinamika, mənim parlamentlərarası əməkdaşlığınböhranların qarşısının alınması və ya həllində real mexanizm kimifəallaşdırılmasının zəruriliyinə dair inamımı bir daha gücləndirir.Bolqarıstanın sədrliyi dövründə həyata keçirilən təşəbbüslər məhzbu məqsədi güdür, regional dayanıqlığın gücləndirilməsi, regiondaxilində və onun hüdudlarından kənarda əməkdaşlığın inkişafı,mədəni inteqrasiya, həmçinin böhranların regional və qlobalsəviyyədə genişlənmiş beynəlxalq əməkdaşlıq əsasında effektiv idarəolunması”, – deyə N. Kiselyova bildirib.
Parlamentin spikeri əlavə edib ki, energetika sahəsindəikitərəfli münasibətlər iki ölkə arasında fəal siyasi dialoqunhəyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
“Azərbaycan energetika sahəsində əsas tərəfdaşımızdır və təbiiqaz tədarükünün şaxələndirilməsinə yalnız Bolqarıstana deyil, bütünAvropa İttifaqına mühüm töhfə verir ki, bu da onu təkcə ölkəmiz,həm də Aİ-yə üzv bütün dövlətlər üçün strateji enerji tərəfdaşınaçevirir. Bu sahədə əməkdaşlıq potensialı, xüsusilə də müasir dövrünyüksək dinamika və qeyri-müəyyənlik şəraitində, son dərəcəböyükdür”, – deyə N. Kiselyova vurğulayıb.
Onun sözlərinə görə, Bolqarıstan Azərbaycanın da iştirak etdiyi“yaşıl dəhliz” layihəsinə böyük maraq göstərir və artıq bu layihəyəqoşulub da.
“Biz Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-ın Bolqarıstanbazarındakı fəal iştirakını alqışlayırıq. Bundan əlavə, Transxəzərnəqliyyat dəhlizinin praktiki reallaşdırılmasına tezliklə başlamağaməmnun olarıq. Bu layihə təkcə Avropa ilə Asiya arasındaəlaqələndirici bir halqa deyil, həm də Avropanın enerji və iqtisaditəhlükəsizliyini təmin edən ən vacib elementlərdən biridir.
Hesab edirəm ki, ölkələrimiz Asiya ilə Avropa arasındayükdaşımaların artırılmasının vacibliyini dərk edir və bu yükdövriyyəsinin əsas tranzit xətlərindən birinin məhz bizimölkələrdən keçə biləcəyini anlayırlar. Bu baxımdan Bolqarıstan vəAzərbaycan paytaxtları arasında birbaşa aviareyslərin bərpası iləbaşlanan birbaşa nəqliyyat əlaqələrinin bərpası müsbət bir siqnalolardı. Əvvəlki danışıqlar zamanı hər iki ölkənin icraedicihakimiyyət orqanlarının nümayəndələri bu istiqamətdə tam dəstəkgöstərməyə hazır olduqlarını ifadə ediblər”, - deyə spiker qeydedib.
O hesab edir ki, Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və dahasonra Türkiyə üzərindən keçən Trans-Xəzər dəhlizi məntiqli şəkildəBolqarıstandan keçməklə Qərbi Avropaya doğru davam etməlidir.
“Hər iki ölkənin parlamentləri səviyyəsində bu məsələ artıqmüzakirə olunduğunu nəzərə alsaq, əminəm ki, tezliklə buistiqamətdə müsbət irəliləyiş əldə olunacaq və bu da xalqlarımızınmaraqlarına xidmət edəcək. İkitərəfli münasibətlərin gələcəkinkişafı və möhkəmləndirilməsi bizim əlimizdədir. Parlamentdiplomatiyasının rolunu da kiçiltmək olmaz, parlament komissiyalarıarasında əməkdaşlıq və dostluq qrupları, əlaqəlilik, infrastruktur,energetika və nəqliyyat sahələrində uğurlu əməkdaşlıq üçün mühümtəməl və səmərəli dialoq vasitəsidir”, – deyə N. Kiselyovayekunlaşdırıb.