AZ

Artıq paylaşımlar birbaşa lentdə repost edilə biləcək Instagram da yeni funksionallıq

Shownews portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qeyd olunur ki, bu yeniliyin hazırlanması ilə bağlı ilk insayder məlumatları hələ 2022-ci ildə üzə çıxmışdı. Artıq bəzi istifadəçilər bu funksiyanın öz hesablarında aktiv olduğunu bildiriblər. Onların sözlərinə görə, yeni xüsusiyyət təkcə başqalarının deyil, istifadəçilərin öz paylaşımlarını da yenidən paylaşmağa imkan verir.

Hazırda Instagram istifadəçiləri başqalarının postlarını yalnız Stories bölməsində paylaşa bilirdilər. Yeni funksional isə həmin paylaşımların birbaşa əsas lentdə – yəni istifadəçinin profilində görünəcək şəkildə yenidən paylaşılmasına şərait yaradacaq.

TechCrunch bildirir ki, bu funksiyanın əlavə olunması ilə istifadəçilər artıq kontenti təkrar paylaşmaq üçün üçüncü tərəf tətbiqlərinə ehtiyac duymayacaqlar. Yenilik, xüsusən də maraqlı və aktual kontenti daha geniş auditoriyaya çatdırmaq istəyən istifadəçilər üçün faydalı olacaq.

Bununla yanaşı, bəzi ekspertlər hesab edirlər ki, bu xüsusiyyət Instagram-ın kontent baxımından daha da yüklənməsinə səbəb ola bilər. Çünki platformada artıq postlar, Stories-lər, Reels videoları, qeydlər, şəxsi mesajlar və reklamlar kimi müxtəlif məzmun növləri mövcuddur.

Yeni funksiyanın kontent müəllifləri üçün də əhəmiyyətli faydalar vəd etdiyi qeyd olunur. Belə ki, repost funksiyası müəllif hüquqlarının qorunmasına və paylaşılan məzmunun kimə məxsus olduğunun göstərilməsinə kömək edə bilər.

Qeyd edək ki, bu cür paylaşım formatı artıq Threads, TikTok və X (əvvəllər Twitter) kimi platformalarda uzun müddətdir istifadə olunur. Twitter isə bu imkanı – retweet funksiyasını – hələ 2009-cu ildə təqdim etmişdi.

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
icma.az

1Mənbələr