Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Tovuz şəhəri Səyyad Qılıcov küçəsində kanalizasiya xəttinin tutulması nəticəsində çirkab sular sakinlərin həyətlərinə axıb.
Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat veriblər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən problem artıq həll edilib:
"Qeyd olunan ünvanda tullantı su şəbəkəsini ərazidən keçən tikinti texnikası (qreyder) zədələyib. Məsələ ilə bağlı Tovuz Rayon Su Melirorasiya Sistemlərinin İstismarı İdarəsinin qəza briqadası əraziyə cəlb edilib. Tullantı su şəbəkəsinin təmiri və bərpası istiqamətində işlər icra olunub, xəttin fəaliyyəti bərpa edilib".
Aygün Mirakif
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.