AZ

Fransa Donanmasının freqatları SDAM sistemləri ilə təchiz olunacaq

Fransa Silahlı Qüvvələrinə donanma üçün hava dron sistemlərinin (“Systèmes de Drone Aérien pour la Marine” – SDAM) gələcək tədarükünə dair çərçivə sazişi imzalanıb.

“Poliqon” “Airbus” şirkətinə istinadən xəbər verir ki, sazişi Fransanın müdafiə naziri Sebastyan Lekornu, “Airbus Helicopters” şirkətinin baş direktoru Bruno Even və “Naval Group” şirkətinin nümayəndəsi Mari-Laure Burjua imzalayıb.

Hər bir SDAM sistemi, “Airbus” tərəfindən hazırlanmış VSR700 pilotsuz uçuş aparatını (PUA) və “Naval Group” tərəfindən hazırlanmış “Steeris” missiya sistemini (Steeris® MS) özündə birləşdirəcək. Həmçinin “Naval Group” SDAM-ların Fransa Donanmasının freqatlarına inteqrasiyasına cavabdehdir. 15 illik tədqiqat və inkişaf işlərinin nəticəsi olan “Steeris” MS, donanmanın döyüş sistemlərinə inteqrasiya üçün nəzərdə tutulmuş və dənizdə sınaqdan keçirilmiş həlldir.

Eyni zamanda, çərçivə sazişi digər ölkələrin də tərəfdaş kimi bu proqrama daxil olmasını nəzərdə tutur. Fransa Silahlanma Baş İdarəsi (DGA) tərəfindən dünyadakı digər ölkələrə rəsmi dəvət göndərilib ki, onlar da hökumətlərarası müqavilələr vasitəsilə DGA-nın Fransa Donanması üçün seçdiyi konfiqurasiyaya bənzər sistemlər sifariş edə bilərlər.

Fransa Donanmasına təhvil veriləcək seriyalı VSR700 PUA-ları, SDAM-ın inkişafı üçün sınaqdan keçirilmiş prototiplər kimi, əsasən kəşfiyyat və müşahidə missiyaları üçün təchiz olunacaq. Bu konfiqurasiya radar, elektro-optik sistem və avtomatik tanınma sistemi (AIS) qəbuledicisini əhatə edir. VSR700, həm sərt dəniz şəraitində, həm də yüksək elektromaqnit mühitdə üç sensor daşımaqla səkkiz saatdan çox uçuş edə və gəmi göyərtəsindən avtonom şəkildə qalxıb-enə bilir.

Seçilən
22
poliqon.az

1Mənbələr