“Saab” şirkəti İsveç Müdafiə Avadanlıqları İdarəsindən (FMV) ölkənin Silahlı Qüvvələri üçün “Giraffe 4A” radar sifarişi alıb.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin dəyəri təqribən 1.4 milyard SEK (146 milyon ABŞ dolları) təşkil edir.
Sifariş üzrə “Giraffe 4A” radarlarının 2026-2027-ci illərdə İsveç Silahlı Qüvvələrinə tədarük edilməsi nəzərdə tutulub.
“Giraffe 4A”, istifadəçiyə bir neçə fərqli imkan verən çoxfunksiyalı radardır. Çox sayda obyekti eyni vaxtda müəyyən etmək və izləmək qabiliyyətinə malik bu radar sistemi hava və dəniz müşahidəsi, eləcə də hərbi hava hərəkətinə nəzarət üçün uyğundur.