AZ

Daha bir müəllim sertifikasiyadan 60 bal topladı - FOTO

Təhsilverənlərin bu gün keçirilən sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsində daha bir müəllim ən yüksək nəticəyə imza atıb.

Modern.az xəbər verir ki, Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Fəridə Qurbanova sertifikasiya imtahanında maksimum nəticə – 60 bal toplayaraq yüksək göstərici ilə fərqlənib.

Xatırladaq ki, bu gün Bakının Nizami rayonundakı 1 nömrəli idman liseyinin ingilis dili müəllimi Simuzər Əhmədova da sertifikatlaşdırılma imtahanında 60 bal toplayıb.

Seçilən
5
5
modern.az

9Mənbələr