AZ

Səhiyyə Nazirliyinin mütəxəssisi: Günvurmaya ən çox uşaqlar məruz qalır

BAKI, 18 iyun. TELEQRAF

Günvuran insanın bədəninə birdən-birə soyuq su vurulması düzgün deyil, bu şoka səbəb olur. Xəstənin huşu yerində deyilsə su içirmək də olmaz.

Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev.

Mütəxəssis-ekspert qeyd edib ki, səhər saat 11-dən 5-ə qədər çimərlikdə günəşlənmək olmaz.

"Günvurmaya həssas olan xəstəlik qruplarından birincisi ürək-qan-damar sistemi xəstəlikləridir. Bu xəstələrdə günvurma infarkta qədər gətirib çıxara bilər.

Təzyiq problemli şəxslər, ağciyərin abstruktiv xəstəlikləri, astma xəstələri, şəkərli diabet xəstələri, hamilə qadınlar və yaşlı şəxslər də günvurmaya həssasdır. Günvurmaya ən çox məruz qalanlar isə uşaqlardır. Buna görə də, valideynləri diqqətli olmağa çağırırıq", ekspert bildirib.

Ekspert həmçinin vurğulayıb ki, hamilə qadınlar çimərlikdə günəş şüası alarkən doğru saatı seçməlidir.

"Səhər saat 10-a qədər, axşam saat beşdən sonra günvurma halları daha az olur.Digər saatlarda gün altında qalmaq təhlükəlidir.

Açıq havada gəzən insanlar rahat geyimlərdən, açıq rəngli geyimlərdən, papaqlardan, qoruyucu eynək və kremlərdən istifadə etməlidir, gün ərzində bol maye qəbul edilməlidir".

Seçilən
3
teleqraf.com

1Mənbələr