AZ

İsrail Yaxın Şərqdə hegemon dövlətə çevrilir

İsrail

İsrail ABŞ prezidenti Donald Trampın dəstəyi ilə Yaxın Şərqdə hegemon olmağa qadirdir.

Reyting.az
xəbər verir ki, bunu “Washington Post” qəzeti yazıb.

Qeyd edilir ki, Tramp özünü gərgin bölgəni sabitləşdirmək və müharibələrə son qoymaq niyyətində olan “sülh adamı” və “iş adamı” kimi göstərsə də, onlardan birini seçməli olacaq.

Qəzet hesab edir ki, Amerika prezidentinin köməkliyi ilə yəhudi dövləti Yaxın Şərqdə açıq-aşkar hegemon olacaq.

Bundan əvvəl “ABC News” xəbər vermişdi ki, Vaşinqtonun İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulması ilə bağlı qərar yaxın 24-48 saat ərzində verilə bilər.

İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, yəhudi dövlətinin rəsmiləri də ABŞ-nın İsrail əməliyyatında iştirak etməyə yaxın olduğunu düşünürlər.

ELÇİN
Seçilən
4
1
reyting.az

2Mənbələr