İngiltərə Premyer Liqasında növbəti mövsümün təqvimi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Çempionat avqustun 15-də başlayacaq və 2026-cı il mayın 24-də yekunlaşacaq.
Dörd günü əhatə edəcək açılış turunun ilk oyununda son çempion "Liverpul" evdə "Bornmut"u qəbul edəcək.
İngiltərə Premyer Liqası
2025/2026 mövsümü, I tur
15 avqust
"Liverpul" - "Bornmut"
16 avqust
"Aston Villa" - "Nyukasl"
"Brayton" - "Fulhem"
"Nottingem Forest" - "Brentford"
"Sanderlend" - "Vest Hem"
"Tottenhem" - "Börnli"
"Vulverhempton" - "Mançester Siti"
17 avqust
"Çelsi" - "Kristal Pelas"
"Mançester Yunayted" - "Arsenal"
18 avqust
"Lids Yunayted" - "Everton"