Meksika vətəndaşları Azərbaycan vasitəsi ilə İrandan təxliyə ediliblər.
Oxu.az "Elpais" portalına istinadən xəbər verir ki, məlumatı Meksika Xarici İşlər Nazirliyi təsdiq edib.
Meksika XİN-dən bildirilib ki, 18 meksikalı "Astara" sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan ərazisinə daxil olub.
"Meksikanın Tehran şəhərində yerləşən səfirliyinin əməkdaşları öz fəaliyyətini davam etdirilər", - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsinə dair müraciət ediblər.