Türkiyə Prezidenti Administrasiyasının idarə rəhbəri Fahrettin Altun sosial media hesabında paylaşım edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2025-ci il iyunun 19-da Türkiyəyə rəsmi səfər edəcək.
News365.az xəbər verir ki, səfər çərçivəsində, 2023-cü ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan Mahallesi” adlı daimi yaşayış kompleksinin açılış mərasimi keçiriləcək. Açılışda hər iki ölkənin prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak edəcəklər.
Səfər zamanı, Türkiyə və Azərbaycan arasında mövcud münasibətlər, həmçinin aktual regional proseslər barədə fikir mübadiləsinin aparılması da nəzərdə tutulur.