Aktual.az xəbər verir ki, bunu İranın dini rəhbəri Əli Xamenei bu gün günorta video-müraciətində deyib.
"İranı, İran xalqını və onun tarixini bilən ziyalı insanlar heç vaxt bu xalqla təhdid dili ilə danışmazlar, çünki İran xalqı təslim ola bilməz və amerikalılar bilməlidirlər ki, ABŞ-ın hər hansı hərbi müdaxiləsi, şübhəsiz ki, bərpaolunmaz ziyana səbəb olacaq”, - o əlavə edib.