AZ

Kürdlər həmin anı gözləyir: İran yeni bir döyüş meydanına çevrilə bilər

İsrailin İrana hücumu və konteksdə maraqlı qüvvələrin hərəkətə keçməsinə səbəb olub. Regiondak sabitliyin bərpa olunmayacağı artıq bəllidir. İndi öz dövlətlərini qurmaq istəyən kürdlər İranın bölünəcəyi təqdirdə pay umurlar. Ancaq real hadisələrin gedişi onu göstərir ki, hər şüy kürdlərin istəyi ilə eyniləşmir.

Artıq İraq Kürdütanında kürd gənclərinin və geniş kütlələrinin bir hissəsi hesab edir ki, İsrailin İrana qarşı zərbələri nəticəsində İran rejimi zəifləyəcək və ya tamamilə çökəcək. Bu da bölgədə, xüsusən İraqda siyasi güc balansının dəyişməsinə səbəb olacaq. İranın İraqdakı nüfuzu, xüsusilə şiə milislərə verdiyi dəstək azalacaq. Sözsüz  bu zəifləmə Kürdüstan Regional Hökuməti üzərindəki təzyiqlərin azalmasına gətirib çıxaracaq.

Qeyd edək ki, kürdlər uzun müddətdir ki, Bağdad hökumətinin KRG-yə münasibətindən narazıdırlar. Onların fikrincə, bu qeyri-bərabər münasibətin arxasında əsas səbəb kimi İranın təsiri dayanır. İranın zəifləməsi, kürdlərin siyasi və iqtisadi cəhətdən daha müstəqil və təsirli bir güc olmasına şərait yarada bilər. Bu ümidlər mövcud olsa da, belə bir ssenarinin gerçəkləşməsi kompleks geopolitik və təhlükəli proseslərdən asılıdır. İran rejiminin zəifləməsi və ya çökməsi həm də regional sabitliyi poza bilər. Yeni silahlı qarşıdurmalar və münaqişələrə səbəb ola bilər. Reallıq budur ki, nə ABŞ, nə də Türkiyə  kürdlərin ümidlərinireallaşmasına imkan verməz. Bir sözlə Türkiyə İran ərazisində yeni kürd dövlətinin yaranmasına imkan verməz…

Vətəninfo.az 

Seçilən
6
veteninfo.az

1Mənbələr