AZ

"Sabah" Avroliqada növbəti mərhələyə keçərsə... Püşk atıldı, potensial rəqibi açıqlandı

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, püşkatmada Azərbaycan kubokunun qalibi olan və Avropa Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "Sabah"ın da potensial rəqibi bəlli olub.

Paytaxt təmsilçisi “Sele”ni (Sloveniya) keçərsə, 2-ci turda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqasında 2-ci mərhələnin ilk oyunları iyulun 24-də, cavab görüşləri isə 31-də təşkil olunacaq. "Sabah" növbəti mərhələyə vəsiqə qazanarsa, ilk oyununu öz meydanında keçirəcək.

"Sabah" - "Sele" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində aşağıdakı komandalardan birinə rəqib olacaq.

"Rapid" (Avstriya)

"Yagelloniya" (Polşa)

"Birkirkara" (Malta)

"Universitata" (Rumıniya)

"Atletik Eskaldes" (Andorra) - "Düdelanj" (Lüksemburq) cütünün qalibi

KL-də 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.

Seçilən
26
9
sportinfo.az

10Mənbələr