AZ

Püşk atıldı: "Zirə", "Araz-Naxçıvan" və "Sabah"ın rəbiqləri məlum oldu

BAKI. 18 iyun. TELEQRAF

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, püşk nəticəsində "Zirə", "Araz-Naxçıvan", eləcə də Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya "Tsele"sini keçə bilməyəcəyi təqdirdə, "Sabah"ın rəqibləri müəyyənləşib.

Konfrans Liqası, II təsnifat mərhələsi

"Zirə" - "Hayduk" (Split, Xorvatiya)

"Araz-Naxçıvan" - "Aris" (Saloniki, Yunanıstan)

"Birkirkara" (Malta) / "Petrokub" (Moldova) cütünün qalibi - "Sabah" / "Tselye" (Sloveniya) cütünün məğlub komandası

Qeyd edək ki, İlk oyunlar iyulun 24-də adları birinci göstərilən komandaların meydanında, cavab görüşləri isə iyulun 31-də keçiriləcək.

Seçilən
5
teleqraf.com

1Mənbələr