AZ

“Zirə”yə Xorvatiya, “Araz-Naxçıvan”a Yunanıstan klubu düşdü

2025/2026-cı illər mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək klubların rəqibləri müəyyənləşib.

Msport.az xəbər verir ki, mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq “Zirə” “Hayduk”la (Xorvatiya), “Araz-Naxçıvan” “Aris”lə (Yunanıstan) qarşılaşacaq.

Hər iki komandamız ilk oyununu doğma meydanda keçirəcək.

Bundan başqa, Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizəyə başlayacaq “Sabah”ın da Konfrans Liqasındakı potensial rəqibi bəlli olub. Təmsilçimizin Sloveniyanın “Selye” klubu ilə cütünün məğlubu Konfrans Liqasının ikinci raundunda “Birkirkara” (Malta) – “Petrokub” (Moldova) cütünün qalibinə rəqib olacaq. “Sabah” – “Selye” cütündə Konfrans Liqasına düşəcək komanda ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 24-də və 31-də keçiriləcək.

Seçilən
8
msport.az

1Mənbələr