AZ

Uilyams heç bir klubla danışıq aparmayacaq: YALNIZ “BARSELONA”NI İSTƏYİR

“Atletik Bilbao”nun gənc ulduzu Niko Uilyams “Barselona”dan başqa heç bir klubla danışıq aparmayacaq. 

Apasport.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb. 

2024-cü ildə Almaniyada keçirilən Avropa Çempionatında göstərdiyi oyunu ilə diqqətləri cəlb edən İspaniyalı vinger Kataloniya klubuna getmək istəyir.

“Arsenal” və “Bavariya” kimi klubların maraqlandığı futbolçunun yalnız “Barselona” ilə danışıq aparması İspaniya çempionunu bu yarışda rəqibsiz edib. 

Qeyd edək ki, Niko “Atletik”in yetirməsidir və cari mövsümdə komandası ilə çıxdığı 45 matçda 45 matça 11 qol və 7 məhsuldar ötürməyə imza atıb.

Bernardo Silva qərarını verdi: "Qalatasaray"ın təklifinə cavab

"Arsenal" və "Çelsi" "Aston Villa"nın oyunçusunu yaxından izləyir

"Barselona" və "Milan" ulduz futbolçularını dəyişə bilər

"Liverpul" yeni müdafiəçi üçün 47 milyon avro ödəyəcək

Artetanın köməkçisi Seriya A klubunu çalışdıra bilər

Seçilən
18
1
apasport.az

2Mənbələr