AZ

“Norm” səhmdarlarını toplayır - nizamnamə müzakirə ediləcək

Növbəti ayın 18-də “Norm” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Teleqraf xəbər verir ki,iclasda cəmiyyətin nizamnaməsinə dəyişikliklərin təsdiq edilməsi, cari fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 161 milyon 962 min manatdır. Azərbaycanın ən böyük sement istehsalçısı olan"Norm" 2019-cu ildə təşkilati-hüquqi formasını dəyişib və ASC-yə çevrilib.

Seçilən
11
teleqraf.com

1Mənbələr