AZ

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı keçirilib

Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənətini beynəlxalq miqyasda tanıtma məqsədilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iyunun 17-dən başlayan “Muğam Aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı 25 iyuna kimi davam edəcək.

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalında “Çoban həyatı”, “Bayatı Kürd muğamı”, “Auc Maqam, Bağdad Maqamatı”, “Əl-Əndəlüs musiqisindən nümunələr”, “Dəşti muğamı”, “Bayat və Tarona”, “Bhairavi Raga”, “Zandan Hureng”, “Muğamat var olan yerdə” adlı qala-konserti keçirilib.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Mədəniyyətimizin bütün sahələrini, o cümlədən musiqi və muğam sənətinin inkişafına, təbliğinə yüksək diqqət və qayğı göstərir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva da mədəniyyətimizin və ulu muğamımızın böyük himayədarıdır. Təsadüfi deyil ki, məhz hörmətli Mehriban xanımın səyləri və qayğısı ilə Azərbaycan muğamı YUNESKO-da bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

Bu gün Azərbaycandan və onlarla ölkədən muğam ifaçılarını növbəti dəfə bir araya gətirən “Muğam Aləmi” festivalı da 2009-cu ildən məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi ilə təşkil olunur.

Seçilən
9
1
operativmm.az

2Mənbələr