AZ

Məzuniyyət yolunda qəza

Türkiyədə Cevdet Arslan adlı şəxsin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb.

News24.az xəbər verir ki, hadisə yerinə tibbi briqada, jandarma və xilasetmə qrupları sövq edilib.

Qəzada avtomobildə olan Sadullah Özmen adlı şəxs həyatını itirib, sürücü və 3 nəfər isə yaralanıb.

Yaralılar təcili yardımla xəstəxanaya aparılıb.

Avtomobildə olan şəxslərin övladlarının məzuniyyət mərasiminə qatılmaq üçün Hakkariyə yollandığı öyrənilib.

Maşında "Əziz qızım, sənə uğurların davamlı olmasını arzulayıram. Ailən" yazılmış kağız olan çiçək görənləri kədərləndirib.

Günel Məlikzadə


Seçilən
12
1
news24.az

2Mənbələr