AZ

Qarpızı pendirlə yeyənlərin DİQQƏTİNƏ

Yay aylarının vazkeçilməz meyvəsi olan qarpız və pendirin birlikdə yeyilməsi ilə bağlı uzun illərdir müxtəlif fikirlər səsləndirilir. Bəziləri bu ikilinin dad uyğunluğunu tərifləyir, digərləri isə biri şəkərli, digəri yağlı olduğu üçün sağlamlıq baxımından uyğun olmadığını düşünür.


Manset.az-ın məlumatına görə , son araşdırmalar göstərir ki, qarpızla pendirin birlikdə istehlakı sağlamlıq üçün bir sıra vacib faydalar verir. Qarpızın yüksək su miqdarı və təbii şəkəri ilə pendirin sağlam yağ turşuları və zülalı birləşdikdə balanslı və faydalı bir qida ortaya çıxır.

Qarpız və pendirin birlikdə yeyilməsinin əsas faydaları:
  • Qan şəkərini tarazlayır: Qarpız tək yeyildikdə qan şəkərini sürətlə artıra bilər. Ancaq yanında pendir yedikdə bu təsir azaldılır və qanda şəkərin səviyyəsi daha stabil qalır, aclıq hissi gecikdirilir.

  • Antioksidantların sorulmasını artırır: Qarpız likopen adlı güclü antioksidantla zəngindir. Bu maddənin bədəndə yaxşı sorulması üçün yağ lazımdır. Pendir likopenin sorulmasını gücləndirir, bu da dərinin gəncləşməsinə və hüceyrə yenilənməsinə kömək edir.

  • İmmuniteti gücləndirir: Qarpızın suyu və pendirin keyfiyyətli zülalı birləşərək orqanizmin müdafiə sistemini möhkəmləndirir. Yay istisində zəifləyən bədəni gücləndirir, bağırsaq florasını dəstəkləyir.

  • Uzunmüddətli toxluq hissi verir: Həm sərinlədir, həm də uzun müddət toxluq hissi yaradır. Yayda sağlam və doyurucu bir qəlyanaltı kimi tövsiyə olunur.

Seçilən
7
manset.az

1Mənbələr