AZ

Seriala bənzər məhkəmə: Şikayətçi müttəhimin azad edilməsini istəyir

"Bəniz" kimi tanınan tiktoker Aybəniz Xəlilovanın sevgilisindən şantajla 1 milyon manata yaxın pul alma ittihamı ilə bağlı məhkəmə prosesi davam edir.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ötən gün keçirilən proses bir sıra maraqlı çıxışlarla yadda qalıb.

Bənizin vəkili deyib ki, zərərçəkmiş Xalid Kərimov ilkin istintaq vaxtı müvəkkilinə bilərəkdən böhtan atıb. Əslində, Bənizlə Xalidin kəbini var, onlar ailə kimi birlikdə yaşayıblar:

"Xalidin müxtəlif vaxtlarda müvəkkilimlə görüşdükdən sonra "300, 500 manat vermişəm" deməsi yalandır. Xalidin Bənizin övladı ilə səmimi danışıqları var. Kəbin kağızı rəsmi nikah hesab edilməsə də, amma bu var".

Müdafiəçi kəbin kağızını və içində sübutlar olan diski məhkəməyə sədrlik edən hakim Fəxri Məmmədova da göstərib.

Hazırda Türkiyədə olan X.Kərimov şikayətini geri götürüb. O, artıq qadından heç bir tələbi olmadığını, həbsdən azad edilməsini istəyir. Müttəhim özü də zərərçəkmişlə barışdığını, hətta təcridxanada ona hər cür köməklik göstərdiyini deyib. 

Prosesin sonunda həm Aybəniz Xəlilovanın, həm də Xalid Kazımovun vəkilləri qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıblar. Lakin prokuror Tural Yaqubov buna etiraz edib və məhkəmə onun mövqeyini əsaslı hesab edərək təqsirləndirilən şəxsin həbsdə saxlanmasına qərar verib.


Telegram kanalımız
Seçilən
2
1
yenisabah.az

2Mənbələr