AZ

XIX-XX əsrlərdə Azərbaycanda və Özbəkistanda sosial-mədəni proseslər: ümumi və fərqli cəhətlər - beynəlxalq konfrans

Bakı, 18 iyun, AZƏRTAC

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutu birgə təşkilatçılığı ilə “XIX–XX əsrlərdə Azərbaycanda və Özbəkistanda sosial-mədəni proseslər: ümumi və fərqli cəhətlər” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Konfransı Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev açaraq Azərbaycan və Özbəkistan xalqlarının ortaq tarixə, mədəniyyətə, köklərə və dəyərlərə malik olduqlarını vurğulayıb. O bildirib ki, hər iki ölkə müstəqilliklərini bərpa etdikdən sonra münasibətlərdə yeni əməkdaşlıq istiqamətləri formalaşıb, son illərdə isə siyasi, iqtisadi, sosial və mədəni əlaqələr daha da inkişaf edib.

İlqar Niftəliyev qeyd edib ki, iki ölkə arasında elmi əməkdaşlıq da genişlənir. O, ötən il Tarix və Etnologiya İnstitutu ilə Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalandığını xatırladıb. O, həmçinin akademik Azamat Ziyonun ötən il Tarix və Etnologiya İnstitutunda keçirdiyi görüşü və imzalanmış memorandumu yada salaraq, bugünkü konfransın həmin əməkdaşlığın davamı olduğunu bildirib.

Konfransda “XIX–XX əsrlərin əvvəllərində ənənəvi cəmiyyətin transformasiyası şəraitində Azərbaycan və Türküstanın milli ziyalı elitasının dünyagörüşünün təkamülü”, “Azərbaycanda yeni üsullu (üsuli-cədid) məktəblər modernləşmə müəssisələri kimi”, “Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin inkişafında Cəlil Məmmədquluzadənin rolu”, “İki dəfə repressiyaya məruz qalmış iki xalqın görkəmli ziyalısı – Maqsud Şeyxzadə”, “Türküstan və Azərbaycan maarifçiləri: elm, mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq”, “Rusiya imperiyasının Türküstan vilayətinin mədəni irsinin qorunması siyasəti”, “Türküstan xalqları ilə Azərbaycanın qarşılıqlı münasibətləri tarixinə dair arxiv sənədləri” və “Türküstan vilayəti” qəzeti materiallarında Azərbaycanın mədəni həyatı” mövzularında məruzələr dinlənilib.

Seçilən
5
1
azertag.az

2Mənbələr