AZ

Rusiya ABŞ-a xəbərdarlıq etdi - İsrailə hərbi yardımı dayandırın...


Moskvanın həm İran, həm də İsraillə təmasda olduğunu açıqlayan Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a xəbərdarlıq edib.

"ABŞ-ı İsrailə birbaşa hərbi yardım etməməsi ilə bağlı xəbərdar edirik. Bu barədə düşünmək belə təhlükəlidir" – deyə nazirliyin açıqlamasında bildirilir.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya da Tramp administrasiyasına İran-İsrail münaqişəsinin kəskinləşəcəyi təqdirdə “gözlənilməz nəticələr” barədə xəbərdarlıq edib.

Bütün bu bəyanatlar İsrail və İran arasında cavab hücumlarının davam etdiyi və gərginliyin azaldılması üçün beynəlxalq çağırışların artdığı bir vaxtda verilib. Bəyanatlar, həmçinin prezident Donald Trampın ABŞ-ın münaqişəyə girə biləcəyinə dair açıqlama verdiyi bir vaxtda gəlir.

TAHİR

Seçilən
11
baki-xeber.com

1Mənbələr