AZ

Şahbuz, Kəngərli və Sədərək rayonlarına prokuror təyin edilib


Naxçıvanın Şahbuz, Kəngərli və Sədərək rayonlarına prokuror təyinatları olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Belə ki, Naxçıvanın Şahbuz rayon prokuroru Emil Abdullayev ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.
Bundan əvvəl E.Abdullayev Sədərək rayon prokurorluğunda müstəntiq, Naxçıvanın İstintaq şöbəsinin prokuror-kriminalisti və Naxçıvan Muxtar Respublikası prokurorunun beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifələrində işləyib.
Baş Prokurorun digər əmrilə Kəngərli rayon prokuroru vəzifəsini icra edən İlqar Rzayev həmin vəzifəyə təyin edilib.İ.Rzayev əvvəllər Naxçıvan şəhər prokurorluğunun müstəntiqi və böyük müstəntiqi, Naxçıvan Prokurorluğunda şöbə prokuroru vəzifələrində işləyib.
Seçilən
34
6
yeniavaz.com

10Mənbələr