AZ

Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq

Avropa Komissiyası bir sıra üzv ölkələrinə qarşı müxtəlif məsələlər üzrə iddia qaldırmaqla bağlı qərar qəbul edib, siyahıda Portuqaliya, Polşa, Yunanıstan, İsveç, Bolqarıstan, İspaniya, İrlandiya və Almaniya yer alıb.

Bu barədə “Report”un Avropa bürosuna Avropa Komissiyasından məlumat verilib.

Siyahıda ən çox Polşanın adı çəkilir. Komissiyanın fikrincə, onu ekoloji məsələlər üzrə ədalət sahəsində pozuntularda, həmçinin içməli su haqqında məcburi Direktivin qəbul edilməməsində ittiham etmək olar. Bundan əlavə, Polşa Avropa həbs orderinin qaydalarını düzgün tətbiq etməməkdə ittiham olunur - İsveç də eyni ittihamla üzləşir.

Avropa Komissiyasının iddiasına görə, Yunanıstan səs-küylə mübarizə üzrə fəaliyyət planı qəbul etməyib, Bolqarıstan, İrlandiya və Portuqaliya isə internetdə terrorçu məzmunla mübarizə haqqında Reqlamentin tələblərinə əməl etmir.

Bundan əlavə, Portuqaliya aksiz vergisi sahəsində qəbul edilmiş tədbirlər barədə məlumat vermədiyi üçün də Aİ Məhkəməsi qarşısında dayanacaq.

Komissiya İspaniyaya qarşı şəffaf və proqnozlaşdırıla bilən əmək şərtləri haqqında qaydaların milli qanunvericiliyə tam tətbiq edilməməsi, Almaniyaya qarşı isə dövlət satınalmaları sahəsində Aİ direktivlərinə riayət etməməsi səbəbindən işi məhkəməyə vermək barədə qərar qəbul edib.

Seçilən
8
2
report.az

3Mənbələr