Bu ilin yanvar-may aylarında ölkədə 2 052 ədəd minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə avtomobil istehsalı 47,7 faiz artıb.
İyun ayının 1-nə hazır məhsul ehtiyatı 62 avtomobil təşkil edib.