Bakı. Trend:
Qazaxıstan və Azərbaycan bərpa olunan enerji sahəsindəgenişmiqyaslı əməkdaşlığın əsasını qoyurlar. Bu əməkdaşlıqda əsasdiqqət Trans-Xəzər elektrik ötürücü xəttinin yaradılmasınayönələcək.
Trend-inməlumatına görə, bu barədə Astana Beynəlxalq Maliyyə Mərkəzi (ABMM)və ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf vəDiplomatiya İnstitutunun (IDD) birgə hesabatında qeyd olunur.
Analitiklər qeyd edirlər ki, bu sualtı yüksək gərginlikli kabeliki ölkənin enerji sistemlərini birləşdirəcək və Cənubi QafqazıAvropa ilə bağlayan Qara dəniz sualtı kabel layihəsinin birhissəsinə çevriləcək.
Layihənin reallaşdırılması Mərkəzi Asiyada istehsal olunan,əsasən günəş və külək enerjisinə əsaslanan təmiz enerjinin Avropaİttifaqına ixracını mümkün edəcək. Bu isə enerji mənbələrininşaxələndirilməsinə və Aİ-nin karbonsuzlaşdırılması üzrə iqlimhədəflərinə çatmasına töhfə verəcək.
Hesabatda vurğulanır ki, Qazaxıstan 2030-cu ilə qədər enerjibalansında bərpa olunan mənbələrin payını 15%-ə çatdırmağıhədəfləyir və günəş-külək potensialından geniş istifadə etməyiplanlaşdırır. Azərbaycan isə dünya üzrə ən böyük dənizdə (offshore)yerləşən bərpa olunan enerji potensiallarından birinə malikdir vəxüsusilə Qarabağ və Şərqi Zəngəzurda günəş və külək elektrikstansiyalarının qurulmasını fəal şəkildə həyata keçirir.
Trans-Xəzər kabelinin çəkilişi ixrac üçün sabit kanal yaradacaqvə bərpa olunan enerji layihələrinin investisiya cəlbediciliyiniartıracaq. İkitərəfli əməkdaşlıqla yanaşı, regionda Mərkəzi Asiyavə Cənubi Qafqaz üçün vahid elektrik enerjisi bazarının yaradılmasıtəşəbbüsü də təşviq edilməkdədir. Bu, uyğunlaşdırılmışstandartların tətbiqi və enerji resurslarının şəhərdaxiliticarətinin inkişafını nəzərdə tutur. Sözügedən təşəbbüsləri Avropaİttifaqı, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı(AYİB) dəstəkləyir.
Hesabatda o da vurğulanır ki, layihənin xüsusilə sualtı vətrans-sərhəd hissələrinin reallaşdırılması üçün əhəmiyyətliinvestisiya tələbatı mövcuddur. Bu isə güzəştli kreditlər, dövlətzəmanətləri və “yaşıl” istiqrazlar kimi birləşdirilmiş maliyyələşməalətlərinə ehtiyac yaradacaq. Avropa İnvestisiya Bankı, AYİB vəiqlim fondları bu maliyyələşmədə mühüm rol oynaya bilər. “GlobalGateway” təşəbbüsü isə strateji dəstək üçün potensial mexanizm kimiqiymətləndirilir.