AZ

İsrail İranın Kərəc şəhər aeroportunu vurub

Bakı. Trend:

İranın Kərəc şəhərində yerləşən Payam beynəlxalq hava limanıİsrailin hava hücumuna məruz qalıb.

Trend xəbər verirki, bu haqda “Fars” dövlət xəbər agentliyi məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl Kərəc şəhərində partlayış baş verib.İsrail növbəti hücum çərçivəsində Payam hava limanı ətrafına zərbəendirib. Hazırda partlayışın baş verdiyi ərazidə yanğınsöndürənlərvə xilasetmə maşınları var”, — deyə materialda bildirilir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Seçilən
31
az.trend.az

1Mənbələr