"Barselona" yeni transfer gerçəkləşdirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kataloniya təmsilçisi "Espanyol"dan ispaniyalı qapıçı Joan Qarsiyanı heyətinə qatıb. 24 yaşlı qolkiperlə 6 illik müqavilə imzalanıb.
İspaniya çempionatının başa çatan 2024/2025 mövsümündəJoan Qarsiya "Espanyol"un heyətində 38 oyun keçirib.