AZ

İnzaqi "Real Madrid"lə oyundan öncə belə danışdı

Klublararası dünya çempionatının 1-ci turu çərçivəsində bu gün "Real Madrid"lə qarşılaşacaq "Əl-Hilal"ın baş məşqçisi Simone İnzaqi "Kral klubu" ilə matçdan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, H qrupunda yer alan Səudiyyə Ərəbistanı təmsilçisinin italiyalı çalışdırıcısının sözlərini "Mundo Deportivo" belə çatdırıb:

"Ola bilsin ki, rəqibimiz dünyanın ən yaxşı komandasıdır. Amma biz öz imkanlarımız daxilində öz oyunumuzu oynayacağıq.  Turnirə özünəinamla yanaşırıq. Klub komandanın gücləndirilməsi üçün səylə çalışır. Transfer günlərinin sayı az olduğu üçün qısa zamanda müəyyən işlər görüldü. Bu yarışda hər şeyi ən yaxşı şəkildə etməyə çalışacağıq".

Xatırladaq ki, İnzaqi bu yay "İnter"dən ayrılaraq "Əl-Hilal"ın "sükanı arxası"na keçib.

Nihat

Seçilən
5
1
fanat.az

2Mənbələr