Bir neçə gündür türkiyəli tanınmış cütlük Sinem Kobal və Kenan İmirzalıoğlunun boşanma mərhələsində olduğu barədə məlumat yayılıb.
“Qafqazinfo” Türkiyə məbuatına istinadən xəbər verir ki, daim şəxsi həyatları ilə müzakirə mövzusuna çevrilməməyə üstünlük verən ikili haqqında ayrılıq iddiaları, xüsusilə sosial şəbəkələrdə geniş yayılıb. Lakin S. Kobal instaqram hesabındakı paylaşımı ilə bu xəbəri yalanlayıb.
Belə ki, o, həyat yoldaşının da yer aldığı fotoları paylaşaraq “Ad günün mübarək, sevgilim” sözlərini yazıb.
Qeyd edək ki, Koballa İmirzalıoğlu 2016-cı ildə ailə qurub. Onların 2020-ci ildə ilk övladı Lalin, 2022-ci ildə isə ikinci qızları Leyla dünyaya gəlib.

