AZ

Ən yaxşı tualet kağızı: Yumşaqlıq, təhlükəsizlik və həllolma üstünlüyü...

Roskaçestvo mütəxəssisləri tərəfindən aparılan genişmiqyaslı araşdırmanın nəticələri açıqlanıb. 

News24.az xəbər verir ki, araşdırma çərçivəsində 30-a yaxın məşhur tualet kağızı markası müxtəlif meyarlar üzrə sınaqdan keçirilib.

Qiymətləndirmə zamanı əsas diqqət aşağıdakı göstəricilərə yönəlib. Siyahının birinci pilləsində “Zewa Exclusive Ultra Soft” qərarlaşıb. Dörd qatlı, qar kimi ağ rəngli, zərif çəhrayı naxışlı və xoş ətirli bu məhsul, yumşaqlığı və rahatlığı ilə mütəxəssislərdən ən yüksək bal alıb. 

Məhsulun tərkibindəki boyalar və ətirlər GOST standartlarına tam uyğundur, dərini və selikli qişaları qıcıqlandırmır. Üstəlik, kağız suda tez həll olunaraq boruların tıxanmasının qarşısını alır.

“Zewa Deluxe” – üç qatlı, şaftalı aromalı bu kağız həm yumşaqlığı, həm də təhlükəsiz tərkibi ilə fərqlənir.

“Papia” – Roskaçestvo tələblərinə cavab verən, yüksək yumşaqlıq və həllolma göstəricilərinə malik üç qatlı məhsuldur.

“Familia” – 4,9 reytinqli, iki qatlı və qənaətcil kağızdır. Keyfiyyəti ilə bərabər, daha az xərc tələb etməsi ilə seçilir.

“CleanOK” – sanitar normalara tam cavab verən, iki qatlı, tez əriyən məhsuldur.

Bütün məhsullar dərini və selikli qişaları qıcıqlandırma testindən keçirilib. İstifadə olunan boyalar və tatlar təhlükəsiz olub və standartlara cavab verib.

Aqil

Seçilən
6
1
news24.az

2Mənbələr