AZ

Kivu: “Monterrey” dərin müdafiə əngəli qurmuşdu”

“İnter”in baş məşqçisi Kristian Kivu FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 1-ci turunda “Monterrey”lə oyunu şərh edib.

Arena.az məlumat verir ki, İtaliya nəhəngi Meksika təmilçisinin müqavilmətini qıra bilməyib – 1:1.

Kivu matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissə müsbət məcrada keçdi: hesabda geri olmağımıza rəğmən, biz onlara öz hərəkiliyimiz və dəyişikliklərimizlə fəsadlar yaradırdıq. İkinci hissədə biz topla azacıq ləng tərpənirdik, buna rəğmən, biz bir neçə məqam da yaratdıq. Bizim üçün əskik olanı, rəqib qapısı ağzında üstünlüyümüz idi.
Vaxtaşırı biz, rəqibin xüsusilə güclü olduğu keçid mərhələlərində köməksiz qalırdıq. Bizə, topu oyuna tez daxil etmək və hərəkət etdirmək gərək olurdu, buna rəğmən, oyunçularım güc-qüvvələrini tamamilə ortaya qoydular.
Aşağı həddə müdafiə əngəli qurmuş rəqibə qarşı oynamaq asan deyildi, bu, bizim mütəmadi surətdə oyundankənar vəziyyətlərə düşməyimizə gətirib çıxarırdı”, – “İnter”in rəsmi saytı 44 yaşlı rumın mütəxəssisdən sitat gətirir.

1-ci turdan sonra “İnter”in yer aldığı “E” qrupunda yarış cədvəli belə mənzərə yaradır:

  1. “River Pleyt” – 3 xal;
  2. “İnter” – 1 xal;
  3. “Monterrey” – 1 xal;
  4. “Urava Red Daymonds” – 0.
Seçilən
10
arena.az

1Mənbələr