“Monterrey”in baş məşqçisi Domenek Torren FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 1-ci turunda “İnter”lə oyunu şərh edib.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, 62 yaşlı ispan mütxəssisin 1:1 hesabıyla bitmiş oyunla bağlı müvafiq açıqlamasını təqdim edir:
“Biz nəticədən razıyıq. Dünən mən demişdim ki, öz imkanlarımıza əminəm, bu imkanlarımız isə oyunda vardı. Düşünürəm ki, Meksika hüdudlarından kənarada qoyuluş etsəydiniz, hamı “İnter”in qələbə qazanacağını düşünərdi. Bu yaxşı heyətimizlə bizim təklif etmək istədiyimiz – heç vaxt təslim olmamaqdır. Azarkeşlərimizi isə təsəvvür etmək xoşdur, çünki biz onlar üçün oynayırıq.
Biz cəmi bir neçə gündür ki, birlikdəyik. Mən hər mətbuat toplantısında, hər müsahibədə demişəm ki, heyətdən çox razıyam. Biz növbəti mərhələyə keçməyə cəhd etmək istyindəyik”, deyə Torren vurğulayıb.
1-ci turdan sonra “Monterrey”in yer aldığı “E” qrupunda yarış cədvəli belə mənzərə yaradır:
- “River Pleyt” – 3 xal;
- “İnter” – 1 xal;
- “Monterrey” – 1 xal;
- “Urava Red Daymonds” – 0.