AZ

İsrail Xamneyini də vura bilərdi - "niyə vurmadı"nın arxasında ilginc məqam...


Sədrəddin Soltan: "Əvvəllər də bəyan edilib ki, bu savaşda əsas hədəf rejimin zəiflədilməsi ilə dəyişdirilməsidir"

İsrail İranın ali rəhbəri Xamneyinin öldürülməsini istisna etmir. Netanyahu bildirib ki, “onun aradan qaldırılması münaqişəni qızışdırmayacaq, əksinə, sonlandıracaq”.

İsrail Xamneyini öldürə bilərdimi, öldurə bilərdisə nəyə görə öldürmədi?

Baki-xeber.com saytına açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi sərhçi Sədrəddin Soltan bildirdi ki, İsrailin İrana qarşı əməliyyatı Qəzzada HƏMASA və Livanda Hizbullaha qarşı həyata keçirdiyi əməliyyata oxşayır: "Çünki həm Qəzzada HƏMAS liderlərinin öldürülməsi, eləcə də Tehranda İsmayıl Haniyənin öldürülməsi, Livanda Hizbullahin lideri Şeyx Nəsrullahin və digər qruplaşma liderlərinin zərərsizləşdirilməsi ilə İsrail tərəfindən İran silahlı qüvvələrinin baş qərərgah rəisi, SEPAH komandiri və başqa generalların öldürülməsi arasında oxşarlıqlar var. Əvvəllər də bəyan edilib ki, bu savaşda əsas hədəf rejimin zəiflədilməsi ilə dəyişdirilməsidir. Dəyişdirilmə hakimiyyətin istefaya gondərilməsi və ya rəhbərlərinin həbs edilməsi deyil. Burada söhbət bütövlükdə rejimin dəyişdirilməsindən gedir.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, biz ayətullah Seyid Əli Xamneyinin yerini bilirik, lakin onun öldürülməsini hələlik istəmirik. İran hakimiyyətinin qarşısına qeyd-şərtsiz qəbul olunması tələb edilən şərtlər qoyulub. Ona görə də Xamneyinin hazırkı dövrdə aradan götürülmasi həm bir qədər cətindir, həm də prinsiplərə uyğun deyil. Xamneyi yalnız o halda aradan götürülə bilər ki, vəziyyət İsrail və ABŞ üçün acınacaqlı olsun. Hələlik onun varlığı lazımdır, çunki onun varlığı İranda xaosun qarşısını alır. Xamneyinin aradan götürülməsi isə regional qarışıqlığa səbəb ola bilər. Bu isə nə ABŞ və İsrailin, nə də region ölkələrinin maraqlarına uyğundur. Yəni vəziyyətin vahid mərkəzdən idarə olunması İrana qarşı müharibədə İsrail və ABŞ üçun daha sərfəli sayılır. Yoxsa müxtəlif qruplaşmalar yarana bilər, onlar isə müxtəlif region ölkələrinə hücum edə bilər. Bununla da regionda vəziyyət qarışar. Müharibənin idarə edilməsi isə ABŞ və İsrailin hədəfə çatması üçün sərfəlidir. Bu baxımdan Xamneyinin öldürülməsi indiki şəraitdə münasib sayılmır.

Bəzi mənbələr Xamneyinin müavininin ona sığınacaq arayışı üçün Rusiyaya getdiyini də iddia edir. Amma hələ ki, Xamneyinin adından müxtəlif bəyanatlar səsləndirilir, hadisələrə münasibət dərc edilir və s. Məsələn, ötən gün Xamneyi İsraili tənqid atəşinə tutdu və mübarizəni davam etdirəcəklərini bildirdi. Xamneyinin adından yayılan bəyanatda deyilir ki, döyüş indi başlayır!"

Akif NƏSİRLİ

Seçilən
4
baki-xeber.com

1Mənbələr