AZ

Azər Qasımlının məhkəməsi təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi İdarəetmə İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Unikal" haqqin.az-a istinadən xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə A.Qasımlının anket məlumatları dəqiqləşdirilib. Hazırlıq iclası Azər Qasımlının vəkilləri iştirak etmədiyi üçün təxirə salınıb.

Məhkəmənin hazırlıq iclası iyunun 25-nə təyin edilib.

Qeyd edək ki, Siyasi İdarəetmə İnstitutunun direktoru, politoloq Azər Qasımlı 2024-cü ilin dekabrında saxlanılıb, ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
7
3
unikal.az

4Mənbələr