AZ

İsrail-İran müharibəsində “gecə zərbələri” taktikası...


İbrahim Rüstəmli: “Hücumların adətən gecə həyata keçirilməsi ilk növbədə psixoloji xarakter daşıyır”

Bir neçə gündür davam edən İran-İsrail müharibəsində qarşılıqlı hücumlar əsasən gecə saatlarında baş verir. Hər iki ölkənin hərbi qüvvələri qarşılıqlı olaraq bir-birinə gecə vaxtı zərbələr endirirlər.

İranla İsrail niyə əsasən bir-birinə gecə saatlarında zərbə endirir? Bunun səbəbi nədir?

“Burda əsasən hücum risqini azaltmaqdan, atılan raketlərə qarşı preventiv tədbirlərin görülməsindən söhbət gedir”

Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, bunun müxtəlif səbəbləri var: “Hücumların adətən gecə həyata keçirilməsi ilk növbədə psixoloji xarakter daşıyır. Burda gizlilik, təəccüb, qorxu, təlaş kimi elementlərin daha qabarıq şəkildə ön plana çıxarılması məsələsi var. Təbii ki, gecə vaxtı insanların böyük əksəriyyəti hərəkətsiz bir vəziyyətdə, daha çox yatmış halda olduğu üçün bu cür zərbələr panik hucumlar yaradır, yəni ikiqat hücuma çevrilir. Bir hücum ikiqat təsir göstərir. Birinci səbəb məhz bundan ibarətdir”.

İ.Rüstəmlinin sözlərinə görə, ikinci səbəb ondan ibarətdir ki, İranın hücumlara keçmək üçün gecəni gözləməsi məhz texniki ehtiyaclarla bağlıdır. O qeyd etdi ki, çünki raketlər təyyarələr kimi deyil, raketlər təyyarələrdən fərqli olaraq hərəkət üçün atmosferdəki oksigendən asılı deyillər. O vurğuladı ki, burda ballistik raketlərin oksigenin olmadığı, yaxud çox az olduğu yüksək hündürlükdə uçması məsələsi var. Hər bir raketin həm yanacaqla, həm də oksigenləşdirici maddələrlə daşındığını deyən İ.Rüstəmli qeyd etdi ki, İranın uzaqmənzilli raketləri isə adətən maye yanacaqla işləyir. “Yəni onları döyüş vəziyyətinə gətirmək də vaxt aparır, yanacaq və oksigenlışdirici raketin içinə yerləşdirilməlidir. Bu da zərgər dəqiqliyi ilə aparılmalıdır ki, burda adi səhv çox ciddi fəsad yarada bilər. Bu yanacaqdoldurma məsələsi İsrailin peykləri və kəşfiyyat təyyarələri qarışısındaİran ordusunu həssas vəziyyətə gətirir. Yəni bu məsələlərdə İranın İsrailin peykləri, kəşfiyyat təyyarələri qarşısında bir zəifliyi hiss olunur. Burda əsasən hücum risqini azaltmaqdan, atılan raketlərə qarşı preventiv tədbirlərin görülməsindən söhbət gedir. Hücum risqini azaltmaq, aşkarlanmadan yayınmaq kimi məsələlər var ki, məhz bu səbəbdən də hucumlar adətən gecə həyata keçirilir. Yaxud

hücumların adətən gecə vaxtlarında həyata keçirilməsi daha məqsədəuyğun sayılır”.

İradə SARIYEVA

Seçilən
7
baki-xeber.com

1Mənbələr