AZ

Ailə büdcəsinin xərc maddələrinin təsnifatı

Ailə büdcəsinin xərc maddələrinin təsnifatı

Bir ailənin hansı növ xərcləri ola bilər və hansı büdcə variantı sizin üçün uyğundur?

Ailə büdcənizi planlaşdırmaq maliyyə məqsədlərinizə daha tez çatmağınıza kömək edəcək bir maliyyə alətidir. "Maliyyə aləti" ifadəsi heç də sizi qorxutmasın. Bu sadəcə aylıq gelirlərinizin və xərclərinizi özündə ehtiva edən, sadə bir cədvəldir. Hərə öz qabiliyyətinə və intellektinə uyğun bir büdcə tərtib edə bilər. Əsas odur ki, siz öz gəlir və xərclərini yazasınız və onu müqayisə edə biləsiniz. Müqayisə zamanı dəqiqləşdirəcəksiniz ki, hansı xərclər sizə lazım deyil və hansı xərclər sizə səmərəlidir. 

Səmərəli xərcləri cilalayaraq bir qədər də optimallaşdırmaq, inkişaf etdirmək, səmərəsiz xərcləri isə azaltmaq və ya ixtisar etmək məsləhətdir. Xərclərinizi təsnifləşdirin - onları səmərəliliyinə görə sıralayın. Birinci, ikinci, üçüncü  və ya beşinci dərəcəli xərcləriniz ola bilər. Son sıradan, tutaq ki, beşinci sıradan ixtisar etməyə başlayın. Bir ay ərzində əhəmiyyətli məbləğə qənaət etdiyinizin şahidi olacaqsınız. 

Qənaət edilmiş məbləğlər sizi şirnilləndirəcək, amma çalışın simiclik dərəcəsinə qədər "yüksəlməyin". Yəni vacib xərclərə, - qidaya, sağlamlığa, təhsilə, əyləncəyə, kino və konsertə, kitab almağa və s. kimi xərclərə ayrılmış vəsaitlərə heç vaxt qənaət etmək barədə düşünməyin. Qənaətə etməli xərclər israfçılıq və pis vərdişlərə xərclənən vəsaitlər, eyni keyfiyyətli məhsulnu daha baha aldığınızı görə sərf etdiyiniz vəsait və s. bu kimi xərc maddələri hesabına reallaşmalıdır.

Bir ailənin hansı xərclərə sahib ola biləcəyini və hansı büdcə variantının sizin üçün uyğun olduğunu siz özünüz aydınlaşdırmağa çalışacasınız. 

Bu yerdə bir daha xatırladırıq, vacib deyil ki, siz mütəkkəb kalikuliyasiyalı büdcə tərtib edəsiniz. Budcənin nədən ibarət olduğu sizə aydınlaşandan sonra sizə necə rahatdırsa o cür də büdcə tərtib edin. Əsas məsələ odur ki, gəlir və xərclərinizil məbləğ olaraq sizə aydın görünsün. Maliyyə məsələlərindən, mühasibat uçotundan xəbəri olan şəxslər daha mürəkkəb büdcə qura bilər, bu artıq onların üstünlüyüdür.

Ailə büdcəsində hansı növ xərclər var?

Tipik olaraq, ailə büdcəsinin xərclər məcburi, sabit və dəyişən xərclərə bölünür.

Məcburi xərclərə ailənin gündəlik həyatı üçün zəruri olan xərclər daxildir: mənzil ödənişləri, vergilər, uşaqların təhsili üçün xərclər və s. Bunlar müntəzəm və çox vaxt evli cütlükdə ən böyük xərclərdir. Bu xərcləri yalnız ödəməklə iş bitmir. Mütləq bu xərclərin səmərəliliyi ilə maraqlanmalısınız. Bazardan alma alanda necə seçirsiniz, yoxlayırsınızsa, bu xərclərə də eyni münasibəti göstərməlisinız, lakin bir qədər fərqli və özünəməxsus tərtibatda... Məsələn, siz mənzilinizin yerləşdiyi binanın istismar xərclərini qarşılamaq üçün Məhdud Məsuliyyətli Müştərək Cəmiyyətinə (MMMC) pul ödəyirsiniz. Bu sizin xərclərinizin tərkib hissəsi olduğu üçün mütləq xərcinizin səmərəli olub-olmaması ilə maraqlanmalısınız. Bu da sizin üçün satın alınan bir xidmətdir, aldığınız xidmətin keyfiyyətli olmasına çalışmalısınız.

Məsələn, binanızın nasosxanasında elektrik mühərrikinin vaxtında dəyişdirilməməsi, təmir edilməməsi, hovuzun vaxtında təmizlənməməsi, liftlərə xdmətin göstərilməməsi və s. sizə göstərilən xidmətlərdə fasilə yaranmasına səbəb ola bilər - günün birində su saatlarla gəlməyə, liftkər işləməyə bilər. Həm də belə surpiruzlərlə qarşılaşmamaq üçün xərclərinizə nəzarət etməkisiniz. Bunların baş verməməsi üçün MMMC-nin işinə siz də müəyyən yollarla nəzarət etməlisiniz. Xidmətlərin vaxtında və keyfiyyətli yerinə yetrilməsinə əmin olmalısınız.

Təhsilinə xərc çəkdiyiniz uşaqlara hansı səviyyədə təhsil verildiyininə nəzarət etməyi diqqətdən qaçırmamalısınız. Çünki günlərin birində övladınız imtahanlardan sizin gözlədiyiniz balı yığmaya bilər. Bəlkə müəllim çox savadlıdir, amma şagird onum dilini, izahstını başa düşə bilmir. Deməli, müəllimi dəyişmək lazımdir.

Sabit xərclərə yemək, geyim, nəqliyyat, dərman xərcləri və s. daxildir. Ümumiyyətlə, bunlar qarşısını almaq mümkün olmayan, qənaət edilməsi məsləhət bilinməyən xərclərdir. Bununla belə, bu cür xərcləri azaltmaq olar. Məsələn, hər səfər üçün ayrıca ödəniş etməkdənsə, endirimli ailə səyahət bileti almaq, endirimli ailə rabitəsi tarifini seçmək, daha ucuz geyim seqmentinə müraciət etmək, apteklərin təklif etdiyi bonuslardan yararlanmaq olar və s.

Dəyişən xərclərin məbləği adından da bəlli olduğu kimi, aydan-aya dəyişə bilir. Bunlar əyləncə, tətil, təmir, məişət texnikası, mebel alınması və s.-dən də barətdir. Çox vaxt bunlar bir maaşla ödənilməsi çətin olan xərclər kateqoriyasına aid edilir, onları bir müddət kənara qoymalısan. Amma onları kənara qoymaq heç də ixtisar etmək anlamına gəlmir. Siz bu xərclər üçün il boyu yığım etməlidiniz. Gelirlərinizin bir hissəsini hər ay bu xərclərə ayıraraq toplamalısınız. Məsələn, siz 11 ayın hər birində 200 manat tətildə səyahət xərcləri üçün toplayıb bir ay istirahət gedə bilərsiniz.

Arzu olunan xərclərə klublar, əyləncələr, mobil rabitə, internet, kosmetika, hobbi, idman, gözəllik salonları, kitablar və s. üçün ödənişlər daxildir. Qənaətçil rejimdə belə xərclər olmadan ötüşə bilərsiniz, lakin kifayət qədər gəlir səviyyəsi ilə onlar artıq normaya çevrilir. 

Unutmayın ki, əyləncə üçün xərclərin dəyəri gəlirinizin ümumi məbləğinə çata və bu sizi müflisləşdirə bilər. Adətən insanlar yüksək statusunu sübut etmək üçün belə xərclərə gedirlər. Amma bu cür addımlar sonda insanlar üçün çox acı nəticələrə gətirib çıxara bilir. Ailə büdcəsini planlaşdırarkən bu cür xərcləri düzgün müəyyənləşdirmək vacibdir. Gəlirləriniz minimumdursa, həmişə yalnız zəruri olan xərclər gəlirlər hesabına tam qrşılanmalıdır. Ancaq digər xərclərə qənaət edə və yalnız gəliriniz imkan verəndə belə xərclərə icazə verə bilərsiniz.

Periyodikliyə görə də təsnif edilən aylıq xərclər var. Bunlar qida, nəqliyyat, rabitə, təhsil və uşaqlar üçün məktəbdənkənar tədbirlər, kreditlər, mənzil-kommunal xidmətlər, kirayə ödənişləri və s. sayıla bilər

Növbəti təsnifat qrupuna llik xərclər daxildir. Bunalara sığorta almaq, vergi ödəmək, məzuniyyət almaq, avtomobilə qulluq etmək və s. aid edilə bilər

Dəyişən xərclərə bir qayda olaraq, paltar və ayaqqabı, mənzillərin təmiri, məişət texnikası və elektronikanın alınması, dərman vasitələri və zərurətdən yaranan digər xərclər daxil edilə bilər. Bunlara həm də pula qənaət etdiyiniz yeni kompüter kimi çoxdan planlaşdırılan alışlar da aid edilə bilər.

Mövsümi xərclər

Mövsümi paltar və ayaqqabı almaq, uşaqlarını məktəbə hazırlamaq və s. daxildi. Bu təsnifata uyğun büdcə planlaşdırarkən, illik xərclərdən başlamaq rahatdır. Bu məbləği 12-yə bölmək və bunun üçün gəlirin bərabər hissəsini aylıq ayırmaq olar. Qalan məbləğdən müntəzəm ödənişləri, məsələn, kommunal ödənişləri çıxarmaq lazımdır. Yerdə qalan gəlir məbləği mövsümi və gözlənilməz xərclər üçün ayrıla bilər.

Xərcləri məbləğ ölçüsünə, yəni maliyyə tutumuna görə də təsnifləşdirmək olar.

Kiçik xərclər: yemək, səyahət, onlayn abunə, məişət xərcləri və s.

Orta xərclər: geyim və ayaqqabı, əyləncə, kiçik məişət texnikası, mənzil-kommunal xidmətlərin alınması, uşaqlar üçün əlavə dərslərin ödənişi və s.

Böyük xərclər: istirahət, təmir, böyük məişət texnikası, dəbdəbəli əşyalar və s.

Xərclərin bu cür təsnifatını büdcə planlaşdırması üçün istifadə etmək bir qədər çətindir, lakin xərcləri azaltdıqda istifadə edilə bilər - ən nəzərə çarpan təsir böyük xərclərin kəsilməsi ilə əldə ediləcəkdir.

Yazı "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə büdcəsi quraq, daha varlı olaq" layihəsi çərçivəsində dərc edilir.


Seçilən
2
news24.az

1Mənbələr