AZ

Tehrandan Trampa cavab: Ağ Evdə sizə yalvarmayacağıq

BAKI, 18 iyun. TELEQRAF

“Heç bir İran məmuru indiyədək Ağ Evin qapısında yalvarmayıb”.

Teleqraf xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyindən ABŞ Prezidenti Donald Trampın bəyanatına cavab olaraq bildirilib.

“Heç bir İran məmuru indiyədək Ağ Evin qapısında yalvarmayıb. Onun yalanlarından daha iyrənc olan yeganə şey onun İranın ali rəhbərini (Əli Xamenei) “yox etmək”lə bağlı qorxaqcasına təhdidləridir. İran təzyiq altında danışıqlar aparmır və təzyiq altında sülhü qəbul etməyəcək”, - açıqlamada qeyd edilib.

ABŞ Prezidenti bundan əvvəl İran rəsmilərinin sülh üçün onunla əlaqə saxladıqlarını və Ağ Evdə görüşmək istədiklərini açıqlamışdı.

Seçilən
2
1
teleqraf.com

2Mənbələr