Azərbaycan Mini Futbol Həvəskarlar Liqasında mövsümün qalibi müəyyənləşib.
News24.az xəbər verir ki, turnirdə 16 komanda arasında keçirilən gərgin mübarizənin sonunda "Laçın" komandası 33 ildən sonra çempionluq sevincini yaşayıb.
Final oyununda "Laçın" komandası “Veteran Futbol” kollektivi ilə qarşılaşıb və qalib gələrək 1-ci yeri tutub. Turnirin üçüncüsü isə “Aslanlar” komandası olub.
Xatırladaq ki, qalib komandanın rəhbəri Elçin Hüseynov bu tarixi uğurun Laçın futbolunun dirçəlişində yeni mərhələ olduğunu bildirib.


